AZ

Parlament Makronun impiçment məsələsini müzakirəyə çıxarmadı

BAKI, 8 oktyabr. TELEQRAF

Fransa parlamenti Prezident Emmanuel Makronun impiçment məsələsini palatanın gündəliyinə çıxarmamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Məlumata görə, impiçment təşəbbüsü sol partiyalar tərəfindən irəli sürülüb. Parlamentin 577 deputatından 104-ü bu təklifi dəstəkləyib.

Xatırladaq ki, oktyabrın 6-da Fransa Baş nazir Sebasten Lekorn istefa verib. Hadisədən sonra bir sıra müxalifət qüvvələri Emmanuel Makronun da istefasını tələb ediblər.

Seçilən
59
6
teleqraf.com

7Mənbələr