AZ

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiyaparlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlamentnümayəndə heyəti Milli Məclisə gəlib.

Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonraMilli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviçburada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiyaparlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdəgörüş olub.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildəparlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı,ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafınaöz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimizarasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzindəmünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi,əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlısəfərlərin mühüm rolu qeyd edilib.

Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsindəölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunubildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizintəşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir AndreyPlenkoviçin bu mühüm tədbirdə iştirakının yüksəkqiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerjitəhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb.Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri,iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafıvə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova qonağa həmçinin Ermənistanla sülhmüqaviləsinin paraflanması barədə məlumat verib.

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən XorvatiyaParlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlhamƏliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.

O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazibütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezlikləErmənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionuninkişafına mühüm töhfə olacağını qeyd edib. Parlament sədriölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, ocümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb,Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminediilməsində rolunu vurğulayıb.

Seçilən
42
1
az.trend.az

10Mənbələr