AZ

MDB Oyunları: Azərbaycan gimnastları daha iki medal qazanıb - YENİLƏNİB

Azərbaycan gimnastları III MDB Oyunlarında daha iki medal qazanıb.

"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, Fidan Qurbanlı gürzlərlə gümüş medal sahibi olub.

Lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva gümüş medal əldə edib.

Qeyd edək ki, bədii gimnastika yarışlarına bu gün yekun vurulacaq.

13:55

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası III MDB Oyunlarında halqalarla üçüncü olub.

"Report" un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb.

Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.

Qeyd edək ki, A.Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutmuşdu.

"Cebheinfo.az" 

Seçilən
71
cebheinfo.az

1Mənbələr