Qarabağ universiteti Azıx Mağarasını araşdırmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bakcell”in təşkilatçılığı ilə Şuşada “İnnovasiyaların Qarabağda Tətbiqi” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı Qarabağ universitetinin prorektoru Fariz Əhmədov deyib.
O bildirib ki, hazırda kiçik formalı araşdırmalar davam edir. Lakin Azıx Mağarası ilə bağlı daha geniş araşdırmalar universitet tərəfindən aparılacaq.
Onun sözlərinə görə, Qarabağ universiteti dövlət üçün dəyər yaradacaq bir ali təhsil müəssisəsinə çevriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az