“Başlanğıcda bir sıra Qərb ölkələri, xüsusən də Almaniya belə bir qərarın hüquqi və maliyyə nəticələrindən qorxdular, lakin sonda, xüsusən də ABŞ-nin G7-nin Rusiyanın aktivlərinin müsadirəsinə və ya başqa üsullarla istifadə etməsinə çağırmasından sonra mövqelərini dəyişdilər”,- qəzet xatırladır.
![]() |
Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək? |
- Belçika üç ildir ki, “Euroclear”ın bu ölkənin strukturu və onun gətirdiyi faydanın da Belçikanın olduğunu iddia edir. İndi isə onlar “Euroclear”ın Avropa strukturu olduğunu iddia edərək riskləri bölüşmək istəyirlər. Buan görə də, Belçikanın baş naziri Barta de Veverin mövqeyi bu yaxınlarda Kopenhagendə keçirilən sammitdə bəzi digər Avropa liderlərini qıcıqlandırıb”,- “FT” bir neçə diplomatik mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya“təzminat krediti”şəklində istifadəsinə icazə verilməsi üçün Belçikaya təzyiqlər artır. Avropa Komissiyası (AK) isə artıq“kreditin necə strukturlaşdırıla biləcəyini artıq müəyyənləşdirib”.
Aİ-nin krediti dekabr ayına qədər təsdiqləyəcəyi və ilk ödənişlərin 2026-cı ilin ikinci rübündə olacağı gözlənilir.
Almaniya kansleri Fridrix Mertsin fikrincə, bu vəsaitdən Kiyevi silahla təmin etmək üçün istifadə olunmalıdır.
“Lakin Belçikanın baş naziri Aİ-nin digər 26 ölkəsindən kreditlə bağlı hüquqi və maliyyə risklərini öz üzərinə götürmələrini və bütün məbləğə zəmanət vermələrini xahiş edib ki, Belçika pulu özü qaytarmasın. Xüsusilə “Euroclear”ın mənfəətinin Belçikada korporativ vergiyə cəlb olunduğunu nəzərə alsaq, bu yanaşma bir neçə paytaxtda qınaq doğurub”,- qəzetdə dərc olunan materialda vurğulanır.
Bununla belə, AK-nin açıqlamasına əsasən, Ukrayna kreditin ayrılması elə aparılacaq ki, Rusiya aktivlərinin müsadirə edilməsindən söhbət getməyəcək.
Sahil İsgəndərov
AzVision.az