“Napoli”nin və Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotka zədələnib.
İdmanxeber.az xəbər verir ki, o, “Cenoa” ilə oyunda aldığı zədə səbəbindən 3–4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Futbolçu Slovakiyanın DÇ-2026-nın seçmə mərhələsində Şimali İrlandiya və Lüksemburqla oyunlarını buraxacaq.