Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları Bakıda baş tutacaq.
Fanat.Az xəbər verir ki, matçlar oktyabrın 17-19-u aralığında keçiriləcək.
Qarşılaşmalar “ASCO Arena”da təşkil olunacaq.
Bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.