AZ

Uitkof nəticə almayana qədər Misirdən getməyəcək

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkof və ABŞ liderinin kürəkəni Cerad Kuşner İsrail və HƏMAS arasında dolayı danışıqlarda girovların azad edilməsi və Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunmayana qədər Misiri tərk etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Axios” Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, bu iki Amerika nümayəndəsi gələnə qədər danışıqlar texniki xarakter daşıyıb.

Qeyd edək ki, oktyabrın 6-da axşam saatlarında Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyəti arasında dolayı danışıqlar bərpa edilib. Misir və Qətər nümayəndələri vasitəçi kimi çıxış edirlər. ABŞ-ı isə Uitkof və Kuşner təmsil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
50
axar.az

10Mənbələr