AZ

Ceyhun Bayramov İspaniya rəsmisi Dieqo Martinez-Belio ilə görüşüb

Bakı. Trend:

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər,Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olanxarici və qlobal məsələlər üzrə dövlət katibi DieqoMartinez-Belionu qəbul edib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və İspaniya arasındaikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri,xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm,nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə dəregional məsələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq vəqarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, ikiölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsininvacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayındaCOP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranadakeçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmişAzərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ciiclasının vacib platforma olduğu bildirilib.

Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqıarasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşılenerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıqimkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmışyeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşününnəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf vəsabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumatverib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq vəregional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni gündə həmçinin Azərbaycan Respublikası ilə İspaniyaKrallığı Xarici İşlər Nazirlikləri arasında növbəti siyasiməsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycantərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniyatərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və ƏməkdaşlıqNazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi DieqoMartinez-Belio başçılıq ediblər.

Seçilən
40
15
az.trend.az

10Mənbələr