Federiko Kyeza İtaliya yığmasına dəvət alsa da, o bu təklifdən imtina edib.
Offsideplus.az xəbər verir ki, buna səbəb futbolçunun zədəsini tam olaraq bərpa etməməsidir. 27 yaşlı futbolçu 100 faiz hazır olana qədər "Liverpul"da qalmaq istəyib.
Buna İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo da münasibət bildirib:
"Kyeza 100 faiz hazır olana qədər Liverpool klubunda qalmaq istədi. Oyunçularımla aktiv ünsiyyətdəyəm, bu normaldır".
Qeyd edək ki, "mavilər" DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya (11 oktyabr), evində isə İsraili (14 oktyabr) qəbul edəcək.