AZ

Meloni “soyqırıma şəriklikdə” ittiham edilib

AzVision.az xəbər verir ki, xanım Meloni İtaliyanın “RAI” dövlət kanalına müsahibəsində BCM-ə həmçinin ölkənin Müdafiə naziri Qvido Krozetto, Xarici İşlər naziri Antonio Tayani və ehtimal ki, “Leonardo” müdafiə şirkətinin direktoru Roberto Çingolaniyə qarşı şikayətlərin də daxil olduğunu deyib.

“Dünyada və ya tarixdə başqa bir belə hal olduğunu düşünmürəm”, - “Reuters” agentliyi İtaliyanın baş nazirindən sitat gətirir.

Bununla belə, Ciorcia Meloni iddiaların kimin tərəfindən qaldırıldığını dəqiqləşdirməyib.

Şotlandlar İsrailə etirazlarını bildirirlər| VİDEO
Sentyabrın ortalarında “Il Fatto Quotidiano” qəzetinin köşə yazarı Fabio Marçelli yazmışdı ki,“ciddi cinayət törətmək üçün silahla təchiz edən və bu məqsədlə istifadə olunacağını tam şəkildə anlayan hər kəs həmin cinayətdə iştiraka görə məsuliyyət daşıyır”.

Lakin İtaliyanın baş naziri Ciorcia Meloni bu ittihamları rədd edib.

- 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailə hücumu və İsrail ordusunun buna Qəzzada hava hücumları ilə cavab verməyə başlamasından bəri İtaliya İsrailə yeni silah tədarükünə icazə verməyib. Biz ən sərt mövqeyə malik Avropa ölkələri arasındayıq”, - “La Repubblica” nəşri İtaliyanın baş nazirinin bəyanatından sitat gətirib.

İtaliyanın Müdafiə naziri Roberto Çinqolani də soyqırımda iştirakla bağlı ittihamları rədd edərək, bu iddiaları uydurma adlandırıb.

Xatırladaq ki, son bir həftə ərzində bir sıra Avropa ölkələri ilə yanaşı İtaliyada da silsilə nümayişlər keçirilib. Etiraz aksiyalarının yüz minlərlə iştirakçısı Qəzza zolağında baş verən kütləvi qətllərə qarşı çıxıb.

Etirazçıların çoxu ölkənin baş naziri Ciorci Melonini tənqid edib. İtaliya hökuməti, İsrailin Qəzzada“qeyri-adekvat” davrandığını iddia etsə də, bu ölkə ilə ticarət əlaqələrini kəsməyib və Fələstin dövlətini tanımayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
80
1
azvision.az

2Mənbələr