Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Billi Zeynlə bir araya gəlib.
Axşam.az xəbər verir ki, Emin həyat yoldaşı Alyona Qavrilova ilə birlikdə onunla çəkdirdikləri fotonu izləyiciləri ilə bölüşüb.
Ağöalarov paylaşımına "Aktyor Billi Zeynlə birlikdə... Onu "Titanik" filmindən mütləq tanıyacaqsınız. Biz musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumiyyətlə, bu, meqa-peşəkarlarla və həqiqətən də məşhur insanlarla inanılmaz gözəl görüş idi" sözlərini yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.