AZ

Vaydel: Almanlar Ukrayna uğrunda ölümə gedəsi deyillər VİDEO

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu sözləri "Almaniya üçün Alternativ" Partiyasının (AfD) sədri, müxalifətin lideri Alis Vaydel "Bundestaq"da (parlament) jurnalistlərə açıqlama verərkən dilə gətirib. O vurğulayıb ki, alman xalqı yalnız öz ölkəsini qorumağa borcludur. "Uşaqlarımız, oğullarımız, əsgərlərimiz hansısa digər ölkə, xüsusilə də Ukrayna uğrunda qətiyyən döyüşə göndərilməməlidirlər. Ukraynadakı hərbi isterikaya qoşulmayacağıq. Kansler Fridrix Merts və müdafiə naziri Boris Pistorius müharibəyə belə can atırlarsa, buyurub özləri Ukrayna Ordusuna yazılsınlar", - xanım lider söyləyib. Alis Vaydel həmçinin Rusiya-Ukrayna müharibəsi fonunda NATO-nun alyansa üzv ölkələri "siyasi təzyiq alətinə çevirməsini" də pisləyib.

"Unsere Kinder, unsere Söhne, unsere Soldaten werden niemals für die Ukraine sterben. Wir werden den Antrag der Bundesregierung zur Wehrpflicht ablehnen. Wir sind unserer Landesverteidigung verpflichtet, aber nicht dieser Kriegstreiberei in der Ukraine." pic.twitter.com/EnTyuMo7we

— Alice Weidel (@Alice_Weidel) October 8, 2025

Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
azvision.az

2Mənbələr