İtaliyanın “Milan” klubu müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu axtarışına çıxıb.
İdmanxeber.az xəbər verir ki, “rossonerilər” “Liverpul”un ingiltərəli stopperi Co Qomezi transfer etmək istəyir.
28 yaşlı oyunçunun bazar dəyəri “Transfermarkt”a əsasən 20 milyon avro təşkil edir.
Qeyd edək ki, Co Qomez cari mövsümdə “Liverpul”un heyətində 3 rəsmi matçda iştirak edib.