AZ

Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub

Kriştianu

Məşhur futbolçu, Portuqaliya millisinin, həmçinin Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun hücumçusu 40 yaşlı Kriştianu Ronaldunun sərvəti 1,4 milyard dollara çatıb.

Reyting.az
xəbər verir ki, bu, "Bloomberg" agentliyinin təqdim etdiyi milyarderlər indeksi əsasında bəlli olub.

Agentlik Ronaldunu dünya futbol tarixində ilk milyarder adlandırıb.

Bu, 40 yaşlı futbolçunun "Ən-Nəsr"-lə 400 milyon dollardan artıq dəyəri olan iki illik müqavilə imzalamasından sonra baş verib.

Bildirilir ki, 2002–2023-cü illər ərzində Ronaldunun gəliri 550 milyon dollar olub. Onun, eyni zamanda "Nike" şirkəti ilə illik 18 milyon dollarlıq onillik müqaviləsi və dünya şöhrətli "Armani", "Castrol" kimi brendlərlə əməkdaşlıqları var.

Məlumata görə, dünya futbol ulduzunun 2023-cü ildə "Ən-Nəsr"-ə keçidi ona 200 milyon dollarlıq vergisiz maaş, bonuslar, həm də 30 milyon dollarlıq imza bonusu qazandırıb.

Oqtay QORÇU
Seçilən
4
reyting.az

1Mənbələr