AZ

Futbol tarixində ilk milyarder futbolçu

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyarder futbolçu olub.

Yenisabah.az bloomberg-ə istinadla xəbər verir ki, 40 yaşlı oyunçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir.

Bu məbləğə sponsor müqavilələrindən əldə olunan gəlirlər, klubdan aldığı maaş və kommersiya fəaliyyətlərindən qazancı daxildir.  pizza

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Ulduz hücumçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.

Ronaldo əsas rəqibi - argentinalı Lionel Messi ilə demək olar ki, eyni səviyyədə qazanc əldə edirdi. Lakin 2023-cü ildən etibarən vəziyyət kəskin şəkildə dəyişib. Portuqaliya yığmasının kapitanı Səudiyyə Ərəbistanına yollanaraq illik 200 milyon dollar dəyərində (vergilər nəzərə alınmadan) rekord müqavilə imzalayıb. İndi, 40 yaşında isə Ronaldo ən varlı idmançılar arasında zirvəyə çatıb. 


Telegram kanalımız
Seçilən
45
12
yenisabah.az

10Mənbələr