AZ

Xorvatiya və Azərbaycan bütün səviyyələrdə əməkdaşlıq əlaqələrin dərinləşdirilməsi üçün yeni yollar axtarmalıdır - Spiker

Bakı. Trend:

Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütünsəviyyələrdə əməkdaşlıq əlaqələrin dərinləşdirilməsi üçün davamlıolaraq yeni yollar axtarmalıdır. Bugünkü görüşdə biz bu məqsədəsadiqliyimizi bir daha təsdiq etdik.

Trend xəbərverir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan YandrokoviçMilli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuatkonfransında deyib.

“Biz parlament əməkdaşlığının daha da gücləndirilməsinə xüsusidiqqət yetirmək istəyirik”, - deyə o vurğulayıb.

Parlament sədri əlavə edib ki, Azərbaycana bugünkü səfəriXorvatiya Parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlaratmağa hazır olduğunun təsdiqidir:

“Milli Məclisin Sədri və Mən parlament komitələrimizlə dostluqqruplarımız arasında daha sıx əməkdaşlıq görmək arzusundayıq.

Biz bilirik ki, parlamentlərimizi birləşdirməklə biz həm dəxalqlarımızı və dolayısı ilə mədəniyyətlərimizi birləşdiririk”.

Q.Yandrokoviç bildirib ki, Milli Məclisin sədri SahibəQafarovanı, Xorvatiyaya səfərə dəvət edib.

“Ümid edirəm ki, biz Xorvatiya və Azərbaycan arasında stratejitərəfdaşlığı daha da inkişaf etdirməyə davam etmək üçün gələn ilinəvvəlində onu qəbul etməkdən şərəf duyacağıq”, - deyə spikerfikrini tamamlayıb.

Seçilən
56
1
az.trend.az

2Mənbələr