AZ

Xorvatiya və Azərbaycan mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaşdır - Spiker

Bakı. Trend:

Səfərin məhz bu il, ölkələrimiz arasında diplomatik əlaqələrinqurulmasının 30-cu ildönümünə təsadüf edən bir vaxtda baş tutmasınıxüsusilə vurğulamaq lazımdır.

Trend xəbərverir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan YandrokoviçMilli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuatkonfransında deyib.

“Mən inanıram ki, biz geridə qalan üç onillik ərzində əldəetdiyimiz nailiyyətlərlə olduqca qürur duya bilərik”, - deyə obildirib.

Parlament sədri vurğulayıb ki, bu gün Xorvatiya və Azərbaycanintensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olanstrateji tərəfdaş və dostdur.

“Xorvatiya Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcədə onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənardaoynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır”, - deyəQ.Yandrokoviç qeyd edib.

Seçilən
78
1
az.trend.az

2Mənbələr