AZ

Xorvatiya normallaşma istiqamətində əldə edilən irəliləyişi qətiyyətlə dəstəkləyir

Bakı. Trend:

Görüşdə Sahibə Qafarova ilə ikitərəfli münasibətlərimizinmüxtəlif istiqamətləri, həm Azərbaycan, həm də Xorvatiyanınqonşuluğundakı vəziyyət, habelə cari geosiyasi çağırışlar vətəhlükəsizlik böhranları barədə səmimi və sağlam fikir mübadiləmizbaş tutdu.

Trend xəbərverir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan YandrokoviçMilli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuatkonfransında deyib.

“Biz həmçinin Azərbaycan və Ermənistan arasındakı sülhdanışıqlarının hazırki durumunu da müzakirə etdik”, - deyə obildirib.

Parlament sədri vurğulayıb ki, Xorvatiya münasibətlərinnormallaşması istiqamətində indiyədək əldə edilmiş irəliləyişiqətiyyətlə dəstəkləyir.

“Mən bu gün səhər Prezident İlham Əliyevlə də bu mövzu, eləcə dəsiyasi və iqtisadi əməkdaşlığımızın ümumi potensialı haqqındadanışmaq fürsətinə malik olmaqdan məmnun oldum.

Onu da xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev bugünədək üç dəfə Xorvatiyaya rəsmi səfər edib.

Bu gün Baş nazir Əli Əsədovla görüş əsnasında da ikitərəfliiqtisadi və təsisati əməkdaşlığımızdakı nailiyyətləri və potensialıdaha ətraflı müzakirə edəcəyəm”, - deyə Q.Yandrokoviç qeydedib.

Seçilən
82
1
az.trend.az

2Mənbələr