AZ

Deputatın tənqid etdiyi “Balakhani Company”nin rəhbəri Rövşən Rzayev kimdir?

Deputat Razi Nurullayev “Balakhani Operating Company” ilə bağlı fikirlər səsləndirib. O, qonaq olduğu bir internet televiziya proqramında şirkətin fəaliyyəti ilə bağlı bəzi məqamları gündəmə gətirib və məsələ üzrə araşdırma aparılmasının vacibliyini vurğulayıb. Deputat bildirib ki, “Balaxanı” şirkətinin fəaliyyəti ictimai maraq doğurur və bu sahədə şəffaflığın təmin olunması önəmlidir.

XəzərNews.az deputatın çıxışının videosunu təqdim edir:



Əlbəttə deputatın bu çıxışından sonra “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialına rəhbərlik Rövşən Rzayev üzərinə yönəldi.

Qeyd edək ki, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlə bağlı zaman -zaman korrupsiya ittihamları və məhkəmə çəkişmələri mediada tirajlanıb.

Mətbuatda yer alan məlumatlara əsasən, şirkət barəsində Yasamal Rayon Məhkəməsinə müraciət daxil olub. Müraciəti şirkətin keçmiş prezidenti Walker James Alan edib.

Bəzi iddialarda şirkət rəhbərliyində korrupsiya hallarının və qeyri-şəffaf idarəetmənin mövcud olduğu qeyd edilir. Bildirilir ki, işçilərin işə qəbulu və maaş ödənişlərində pozuntular ola bilər. Həmçinin bəzi mənbələrdə şirkətin yüksək vəzifəli şəxsləri ilə bağlı mülkiyyət və gəlir məsələləri üzrə sualların yarandığı vurğulanır.

Eyni zamanda şirkətin vitse-prezidenti Əli Həsənli ilə bağlı da bəzi iddialar səsləndirilib.

Lakin bu iddialar rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Balakhani Operating Company LTD rəsmi açıqlama yayıb. Şirkətdən bildirilib ki, Azərbaycandakı filial fəaliyyətə başladığı gündən optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri həyata keçirir:

“Heyət üzvlərinin işə qəbulu şəffaf meyarlar əsasında aparılır. Namizədlər bilik və bacarıqlarına uyğun olaraq mərhələli yoxlamalardan keçirilir və ən səriştəli şəxslər işə qəbul olunur. Hal-hazırda şirkətdə 400-ə yaxın şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı müxtəlif vəzifələrdə çalışır,” – deyə açıqlamada qeyd olunur.



Xəbər 3 dəfə oxunub.
Seçilən
18
xezernews.az

1Mənbələr