AZ

Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının ardından Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Zirvə Toplantısında xarici siyasət də daxil olmaqla, sektoral, humanitar və mədəni əməkdaşlığı əhatə edən hərtərəfli məsələlər müzakirə edilib.

“Türk dünyasının institusional inteqrasiya prosesi ilə yanaşı, digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına yönəlmiş addımları müzakirə etdik. Bu məqsədlə təşkilatımızın beynəlxalq aktor kimi mövqeyini gücləndirmək üçün “Türk Dövlətləri Təşkilatı Plus” adlı yeni format yaratmaq qərarına gəldik.

Qəbələ Bəyannaməsində biz müdafiə sənayesi, enerji və əlaqələr, eləcə də kritik minerallar sahəsində əməkdaşlığa başlamaq qərarımızı qeyd etmişik. Biz bəyannaməni sammitin regional sülh və təhlükəsizlik mövzusuna uyğunlaşdırdıq. Bəyannamədə Qəzza, Suriya, Cənubi Qafqazda sabitlik prosesi kimi prioritet xarici siyasət məsələlərinə ümumi yanaşmalarımızı əks etdirdik. Xarici işlər nazirlərimizə regional və qlobal hadisələrlə bağlı daha tez-tez görüşmək üçün lazımi göstərişlər verdik”, - Türkiyə prezidenti qeyd edib.

Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda yüksək səviyyədə təmsil olunmasına böyük əhəmiyyət verildiyini bəyan edib:

Seçilən
8
publika.az

1Mənbələr