AZ

Saxlanıldığı deyilən İremin bu gün nişanı olacaqdı

Polis tərəfindən saxlanıldığı deyilən İrem Dericinin bu gün  DJ sevgilisi Melih Kunukçu ilə nişanı olacaqdı. 
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün ailə arasında üzük taxacağı, daha sonra nikah masasına oturacaqdı. Sevgilisi ilə Fransada istirahətə yollanan müğənninin İstanbula qayıtdıqdan sonra saxlanıldığı iddia edilib. 

Qeyd edək ki, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində İrem Derici ilə yanaşı Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Feyza Altun, Hadise Açıkgöz, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali saxlanılıb.
 
Könül
Musavat.com 
Seçilən
71
1
musavat.com

1Mənbələr