AZ

Qızıl bahalaşmağa davam edəcəkmi? Proqnoz verildi

Dünyanın aparıcı maliyyə qurumları qızılın qiymətində yeni artım dalğasının başlaya biləcəyini bildiriblər. 

News24.az xəbər verir ki, "ING Bank" tərəfindən yayımlanan son araşdırma bülleteni qiymətli metalın hələ də yüksəlmə potensialına malik olduğunu ortaya qoyub.

Bülletendə qeyd olunub ki, qızılın bir unsiyasının qiyməti artıq tarixi 4000 dollar səviyyəsini aşıb. ING-nin analitiklərinə görə, mərkəzi banklar rekord qiymətlərə baxmayaraq alışlarını davam etdirir. Çin Xalq Bankı sentyabr ayında ardıcıl 11-ci ayda da qızıl ehtiyatlarını artırıb. 

Bankın qiymətləndirməsinə əsasən, Tramp administrasiyasının ticarət siyasətləri, həmçinin davam edən geosiyasi risklər (Yaxın Şərqdə gərginlik, Asiyada iqtisadi qeyri-sabitlik və s.) qızılın qiymətinin artım trendini dəstəkləyir.

Aqil Qarayev


Seçilən
151
news24.az

1Mənbələr