AZ

Qalib Bayramovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib

BAKI, 8 oktyabr. TELEQRAF

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənşəxsin vəkili Zibeydə Sadıqova məhkəməyə vəsatət verib. Vəkil məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Prokuror vəsatətin hazırkı mərhələsində baxılmamış saxlanılmasını istəyib.

Zibeydə Sadıqovanın vəsatəti baxılmamış saxlanıb. Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Növbəti məhkəmə prosesi oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov Qubad İbadoğlunun qardaşıdır.

Seçilən
24
12
teleqraf.com

10Mənbələr