İtaliyanın baş naziri Meloni barəsində Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılıb.
İtaliyanın baş naziri Corciya Meloniyə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) iddia qaldırılıb. O, Fələstin xalqına qarşı Qəzza zolağında törədilən soyqırımda iştirakda ittiham olunur.
İttiham siyahısında həmçinin İtaliyanın müdafiə naziri Quido Krozettto, xarici işlər naziri Antonio Tayani və “Leonardo” müdafiə konserninin rəhbəri Roberto Çinqolani də yer alıb.