AZ

“Futbol səni daim xatırlayacaq”

İspaniya millisinin sabiq futbolçuları – hazırda Meksikanın "Monterrey" klubunda çıxış edən Serxio Ramos və karyerasını başa vurmağa hazırlaşan Jordi Alba ilə bağlı paylaşıb edib.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında Alba ilə arasındakı illərin dostluğu duyğusal mesajla qeyd edib.

"Əziz Jordi, birgə nə qədər macəralar, qarşılaşmalar və unudulmaz anlar yaşadıq! Milli komandada birgə qazandığımız uğurlar və zəfərlər heç vaxt unudulmayacaq. Sən futbolu tərk edirsən, amma böyük sol cinah müdafiəçisi və İspan futbolunun dəyərli siması kimi yadda qalacaqsan. Futbol sənin yoxluğunu hiss edəcək, amma səni heç vaxt unutmayacaq. Səni qucaqlayıram və öpürəm, qardaş", – deyə Ramos paylaşımında yazıb.

Qeyd edək ki, "İnter Mayami"nin müdafiəçisi Jordi Alba bu mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb. 

Jordi Alba İspaniya millisində Serxio Ramosla birgə uzun illər çıxış edib və bu müddət ərzində Avropa çempionluğu da daxil olmaqla bir çox nailiyyətlərə imza atıblar.

Seçilən
65
90deqiqe.az

1Mənbələr