AZ

İran Rusiyanın dəstəyi ilə 8 yeni atom elektrik stansiyası tikəcək

Məhəmməd İslami: Radiofarmasevtiklərin istehsalı dayanmayıb və dayanmayacaq...

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkənin Rusiyanın iştirakı ilə səkkiz atom elektrik stansiyasının tikintisini planlaşdırdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə məlumatı Mehr Agentliyi yayıb.

İslami İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ilə keçirilən iclasda çıxış edərək bildirib ki, radiofarmasevtiklərin istehsalı heç vaxt dayandırılmayıb və gələcəkdə də davam etdiriləcək. O, həmçinin İsrailin son 12 günlük müharibəsi zamanı İranın nüvə obyektlərinə dəyən zərərlər və bu obyektlərin müdafiəsini gücləndirmək üçün görülən tədbirlər barədə məlumat verib.

İslami Rusiyaya etdiyi son səfərdən də danışaraq bildirib ki, İranRusiya arasında səkkiz atom elektrik stansiyasının inşası barədə protokol mövcuddur. Onun sözlərinə görə, hazırda bu layihələrdən biri istismardadır, ikisi tikilməkdədir, daha beşinin isə Hörmüzqan vilayətində ümumi 5000 meqavat gücündə inşası planlaşdırılır.

Deputat İbrahim Rezai qeyd edib ki, 2022–2024-cü illər arasında İranda 500-ə yaxın elmi və texnoloji nailiyyət əldə olunub, onların bir çoxu insanların gündəlik həyatına və ölkə iqtisadiyyatına birbaşa təsir göstərib.

İslami çıxışı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) də tənqid edib. O, qurumun İranın məxfi nüvə məlumatlarını lazımi səviyyədə qorumaqda aciz qaldığını və bu barədə Tehranın dəfələrlə xəbərdarlıq etdiyini vurğulayıb.

İran rəsmisi əlavə edib ki, nüvə proqramı ilə bağlı siyasi danışıqlar Xarici İşlər Nazirliyinin və Ali Milli Təhlükəsizlik Şurasının səlahiyyətində qalır.

Deputat Rezai bildirib ki, parlamentin milli təhlükəsizlik komissiyası hazırda Avropa “üçlüyü” tərəfindən sürətli reaksiya mexanizminin aktivləşdirilməsinə cavab planı üzərində işləyir.

Polion.info

Seçilən
62
poliqon.info

1Mənbələr