“Azexport” portalı Belarus bazarına bir sıra aqrar məhsulların ixracına dair yerli sahibkarların təkliflərinin qəbuluna start verib.
Portalın məlumatına görə, ixrac üçün tələb olunan məhsullar sırasına naringi, limon, feyxoa, kivi, nar və armud daxildir.
Tələblərə uyğun olaraq təchizat yalnız yerli məhsullardan və mövsüm boyu davamlı əsasda həyata keçirilməlidir. Maraqlanan istehsalçılar təkliflərini “Azexport” portalına ([email protected]) təqdim edə bilərlər.