AZ

Ağdərə və Xocalıda fərdi yaşayış evlərinin təmirinin layihələndirilməsi işlərinə 450 min xərclənəcək

Ağdərə rayonu, Çıldıran, Vəngli kəndlərində 94 fərdi yaşayış evlərinin, Xocalı rayonu, Mehdibəyli, Pirlər, Daşbulaq kəndində 155 (240 425 AZN), Ağdərə rayonu, Aşağı Oratağ, Heyvalı kəndlərində 90 fərdi yaşayış evlərin, Xocalı rayonu, Badara , Xanabad , Seyidbəyli, Daşbulaq kəndlərində 151 (208 407 AZN) fərdi yaşayış evlərinin cari təmirinin layihələndirilməsi işlərinə ümumilikdə 448 832 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, layihələndirmə işlərini “Promor” və “Monotech Az” MMC-lər həyata keçirəcək.

 

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 8 Oktyabr 2025, 11:29   
Seçilən
70
pravda.az

1Mənbələr