"Barselona" ardıcıl iki ildir ki, ili mənfəətlə bağlayır.
Offsideplus.az xəbər verir ki, xüsusilə "Nike" ilə bağlanan sponsorluq müqaviləsi və onlayn satışların artması klubunun borclarının 90 milyon avro azalmasına gətirib çıxarıb.
Katalon klubunun maaş büdcəsi də hazırda UEFA-nın qaydalarına uyğun gəlir.
Növbəti mövsüm "Barselona" rəhbərliyi 1 milyard avro gəlir gözləyir. Komanda "Nou Kamp"a qayıdacaq və bu da gəlirləri istər-istəməz artıracaq.