AZ

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

BAKI, 8 oktyabr. TELEQRAF

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın xəbərinə görə, hadisə oktyabrın 6-da rayonun Bum qəsəbəsi ərazisində qeydə alınıb.

Qasımov Elvin Qasım oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarındakı beton dirəyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Hüseynov Cahid Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Elvin Qasımov və digər sərnişin Mahmudov Laçın İmam oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
98
teleqraf.com

1Mənbələr