sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" yeni baş məşqçi ilə anlaşıb. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, portuqaliyalı Serjio Konseysao komandanın yeni çalışdırıcısı olub. Onunla müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Mənbənin sözlərinə görə, 50 yaşlı portuqaliyalının məşqçilər korpusunda Joao Kosta, Siramane Dembele, Fabio Moura, Diamantino Figueiredo, Vedran Runje və analitik Eduardo Oliveyra yer alacaq.
Konseysao 2025-ci ilin iyununda "Milan"dan ayrıldıqdan sonra klubsuz idi. O, məşqçi karyerası ərzində "Porto", "Nant", "Braqa" kimi klubların "sükanı arxasında" olub.
Qeyd edək ki, "Əl-İttihad" sentyabrın 28-də fransız Loran Blanla müqaviləyə xitam verdiyini açıqlayıb. Blan 2024-cü ilin iyulundan "Əl-İttihad"a rəhbərlik edirdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.