GƏNCƏ, 8 oktyabr. TELEQRAF
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına yekun vurulacaq.
Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, son gündə bədii gimnastika üzrə yarışın final mərhələsi baş tutacaq.
Şəki Olimpiya İdman Kompleksində təşkil olunacaq yarış saat 12:00-da start götürəcək.
III MDB Oyunlarına Gəncə Şəhər Stadionunda keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq. Mərasim saat 19:00-da başlanacaq.
Qeyd edək ki, III MDB Oyunlarında 13 ölkənin idmançıları iştirak edir.