AZ

Bavariya hökuməti qanunsuz dronlara qarşı müdafiə tədbirlərinə dair qanun qəbul edib

ain.az, Azertag saytına istinadən bildirir.

Berlin, 8 oktyabr, AZƏRTAC

Almaniyanın Bavariya əyalətinin hökuməti Münxen aeroportu üzərində dron təxribatlarından sonra polisə dronlara qarşı müdafiə tədbirləri görmək üçün geniş səlahiyyət verilməsini nəzərdə tutan qanunu qəbul edib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Bavariyanın Baş naziri Markus Zöder hökumətin iclasında bu barədə deyib: “Nəticə olaraq prinsip belə olmalıdır: vurmaq, gözləməmək. Polis dronları zərərsizləşdirməyə qadir olmalıdır. Əhalinin və ərazinin müdafiəsi prioritetdir”.

Yeni qanuna əsasən, Bavariya polisi qanunsuz dron uçuşlarına qarşı bütün hüquqi və texniki imkanlardan istifadə edə biləcək. Dronların təhlükəli hesab edildiyi hallarda onların idarəetməsi ələ keçiriləcək, uçuş sistemi pozulacaq və ya son variant kimi vurularaq zərərsizləşdiriləcək.

Bavariya hökuməti, həmçinin Münxen hava limanı yaxınlığındakı Erdinq şəhərində dron müdafiə və təlim mərkəzinin yaradılmasını qərara alıb. Mərkəzin fəaliyyətində Bavariya texnologiya şirkətləri və Almaniya ordusu iştirak edəcək.

Xatırladaq ki, Münxen aeroportu üzərində dronların müşahidə olunması nəticəsində bir sıra reyslər ləğv edilmiş, minlərlə sərnişin hava limanında qalmışdı. Almaniya Kansleri Fridrix Merts və Bavariyann Baş naziri Markus Zöder bu təxribatların arxasında Rusiyanın dayandığını iddia etmişdilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr