AZ

Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək 

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində Azərbaycana neonatal skrininq testləri gətiriləcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadiyyat.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat əldə edib. 

Məlumata görə, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi 325 min ədəd müxtəlif adda neonatal skrininq testləri sifariş edib.

"Albatros Heltkeyr" şirkəti tərəfindən çatdırılacaq sifarişin maliyyə dəyəri isə 2,5 milyon manat müəyyənləşib.

Qeyd edək ki, neonatal skrininq yenidoğulmuşlarda genetik xəstəlikləri aşkara çıxarmaq üçün aparılan müayinə metodlarından biridir.

Ölkəmizdə aparılan skrininq testlərinə aşağıdakılar daxildir:

Fenilketonuriya (FKU);

Biotinidaza (BE);

Anadangəlmə hipotiroidizm (CH).

Neonatal dövrdə 4 xəstəlik, o cümlədən kistik fibroz (KF) müayinə olunur.

Seçilən
25
3
olke.az

4Mənbələr