AZ

Rusiya qoşunları Dnepropetrovsk vilayətinin Alekseyevka kəndinə daxil olub – DeepState

Rusiya işğalçı qüvvələri dumanlı havadan istifadə edərək Dnepropetrovsk vilayətinin Verbovonun şimalında yerləşən Alekseyevka kəndinə daxil olublar.

Editor.az xəbər verir ki, bu barədə DeepState məlumat yayıb.

Analitiklərin məlumatına görə, son iki sutka ərzində bir neçə rus əsgər qrupu kəndə şərq istiqamətindən daxil olub. Onlar elektrik ötürmə xətləri boyunca LMT (yüngül zirehli texnika) vasitəsilə hərəkət ediblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
62
editor.az

1Mənbələr