AZ

İtaliyada HƏMAS-ın İsrailə hücumunun ildönümünə görə keçirilən aksiyalarda polislə qarşıdurma baş verib

Roma, 8 oktyabr, AZƏRTAC

İtaliyanın Bolonya və Turin şəhərlərində HƏMAS-ın İsrailə qarşı hücumunun ikinci ildönümü ilə bağlı keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginlik qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Bolonyada minə yaxın insanın iştirak etdiyi icazəsiz aksiya zamanı etirazçılar tullantı qablarından baryerlər qurub, yolları bağlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ölkə üzrə aksiyalara məhdudiyyət qoyulduğunu bildirib.

Milanda isə qurbanların xatirəsini yad etmək üçün fləş-mob keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
12
2
azertag.az

3Mənbələr