AZ

Mbappe ilə Konate Fransa yığmasının məşqinə çıxmadı – biri daha çox ağrıyır, o biri isə...

Oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyununu həvəs yox, həyəcan ilə gözləyirik ki, bunun da səbəbi var. Axı məhz “xoruzlar” yığmamıza tarixindəki ən böyükhesablı məğlubiyyəti yaşadıb.
Bəs indi Fransa yığmasının düşərgəsində vəziyyət necədi? “Azərbaycan yığmasını müdafiə olunmağa məcbur edəcəyik” deyən Didye Deşam çərşənbə axşamı yığmanın Klerfontendəki bazasında keçirilən məşqdə iki aparıcı oyunçusunu iş başında görə bilməyib. Kilian Mbappe hələ də topuq ağrısından əziyyət çəkir. İbraima Konate isə budun dördbaşlı əzələsində narahatlıq hiss edir. Deşamın məşqdən azad etdiyi futbolçular vaxtı boşa verməyib. Onlar İvelin regionundan olan azarkeşlərə həvəslə avtoqraf paylayıb, həmçinin əsas yığmanın məşqini izləyən U-21-in oyunçuları ilə salamlaşıb. Mbappe ilə Konate komanda yoldaşlarından ayrılaraq zalda yüngülcə məşq edib. “Real”ın ulduzu Mbappedən daha çox Konatenin yığmamıza qarşı oynaması sual altındadı. “Liverpul”un müdafiəçisi zaldakı məşqdən sonra da ağrı hiss etdiyini deyib.
ORXAN

Seçilən
1
1
football-plus.az

2Mənbələr