ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən görüşdə Kanadanın baş naziri Mark Karni ilə bağlı qalmaqallı açıqlama verib.
Editor.az xəbər verir ki, Tramp bildirib ki, Karniyə populyarlıq qazandıran şəxs məhz özü olub.
“Kanadanın baş naziri Mark Karni ilə görüşmək mənim üçün böyük şərəfdir. Mən onu çox məşhur etmişəm”, – deyə Tramp vurğulayıb.
Görüşdə iki lider arasında əsasən ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.