BAKI, 7 oktyabr. TELEQRAF
"Gürcüstanın siyasi sistemini sağlamlaşdırmaq üçün ilk növbədə xarici agentləri ölkədən çıxarmalıyıq".
Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirə görə, 2028-ci ildə keçiriləcəkseçkilərə qədər Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır: "Biz buna nail olmaq üçün bütün hüquqi imkanlardan istifadə edəcəyik".