AZ

Zelenski təyyarə ilə ölkəni tərk edə bilmir - İddia

Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik səbəblərinə görə xaricə səfərlərində hava nəqliyyatından deyil, dəmir yolundan istifadə etməyə üstünlük verir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı geosiyasi analitik Aleksandr Merkuris bildirib.

O qeyd edib ki, Zelenski ölkəni tərk etmək üçün fərqli nəqliyyat vasitələrinə üstünlük verir.

“Zelenski Kiyevi tez-tez tərk etməyi sevir. Xaricə getmək istəyəndə isə qatarla səyahət edir”, – Merkuris qeyd edib.

Ekspertin fikrincə, Ukrayna rəhbərliyinin bu qərarı Rusiyanın hava hücumlarına qarşı effektiv müdafiə imkanlarının zəif olması ilə bağlıdır. O hesab edir ki, Kiyev rejimi rəhbərliyinin uçuşlardan çəkinməsi məhz bu təhlükə ilə əlaqədardır.

Seçilən
48
4
axar.az

5Mənbələr