Türkiyənin İstanbul şəhərində görkəmli Azərbaycan şairi və ictimai xadimi Bəxtiyar Vahabzadənin büstü açılıb.
Musavat.com xəbər verir ki, abidə şəhərin ən gözəl guşələrindən biri olan Sarıyer parkında yerləşdirilib. Açılış mərasimində mədəniyyət və ictimaiyyət nümayəndələri, həmçinin Türkiyədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığının bədii ifadəsində, milli ruhun yaşadılmasında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, bu büst şairin yaradıcılığına və iki ölkə arasındakı mədəni bağlara ehtiram əlaməti olaraq hazırlanıb.
Musavat.com