AZ

Azərbaycanlı danışacaq - Oktyabrın 9-da, "Pard de Prens"də

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı oktyabrın 9-u Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

22:00-da isə Azərbaycan millisi sözügedən aranada məşqə çıxacaq.

9 oktyabr

Fransa milli komandası

14:15. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
3
sportinfo.az

1Mənbələr