AZ

Dubay hava limanları 2035 ci ilə qədər dünyada ən inklüziv aeroport olmağa iddia edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

“Dubai Airports” şirkəti yaxın 10 il ərzində öz hava limanlarını dünyanın ən əlçatan və inklüziv aeroportlarına çevirmək üçün yeni planlarını açıqlayıb.

Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

Şəhərin iki beynəlxalq hava limanını idarə edən “Dubai Airports” şəhərə gələnlərin bütün istiqamətlərə səfərlərini asanlaşdırmaq üçün hər cür səy göstərir. Planlar 2035-ci ilə qədər Dubay Beynəlxalq Hava Limanı və Əl-Məktum Beynəlxalq Hava Limanını dünyada ən əlçatan və inklüziv hava limanlarına çevirmək məqsədi daşıyır.

Eşitmə problemi olan səyahətçilər üçün yeni eşitmə cihazları və sertifikat kimi son təşəbbüslər Dubayın xüsusi kateqoriyadan olan insanlar üçün səyahətləri necə daha rahat etdiyini göstərən nümunədir.

Strategiya 10 ilə hesablanıb, səyahət keyfiyyətini təkmilləşdirmək məqsədi daşıyır və ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılacaqdır.

Şirkət 2022-ci ildə təqdim edilən “We All Meet the World Differently” təşəbbüsünü inkişaf etdirir və əlçatanlığın təkcə infrastrukturla bağlı olmadığını, həm də təfəkkür və mədəniyyətin dəyişdirilməsi, eləcə də empatiyaya çağırış olduğunu vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr