AZ

Qırğızıstanlı nazir: Azərbaycanla təcrübə mübadiləsi bizim üçün çox önəmlidir

Azərbaycan və Qırğızıstan qardaş ölkələrdir, regionda sülhün bərqərar olması hər iki xalq üçün böyük nailiyyətdir.

Aznews.az xəbər verir ki, bunuQırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev deyib.

Nazir ölkəsinin Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: "Biz qardaş ölkələrik. Hazırda mən Azərbaycanla münasibətlərimizdən çox razıyam. İki ölkə arasında mütəmadi olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində görüşlər keçirilir. Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasına çox sevinirik. Bu, böyük nailiyyətdir. Eynilə Qırğızıstanda da biz çox uğurlu danışıqlar apardıq, qardaşlarımız olan Tacikistan və Özbəkistanla sərhədlərimizi müəyyən etdik. Sülh şəraitində yaşamaq çox vacibdir, xüsusən də bizim kimi səhiyyə nazirləri üçün, çünki biz insanların sağlam yaşamasına əhəmiyyət veririk. Buna görə də mən Azərbaycanı təbrik etmək istəyirəm. Gələn il biz Şanxay Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının sammitinə ev sahibliyi edəcəyik. Mən Azərbaycan səhiyyə nazirini gələn il Qırğızıstana dəvət etmək istəyirəm və inanıram ki, bizim əməkdaşlığımız daha da güclənəcək".

O, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da güclənəcəyinə inandığını bildirib:

"Bildiyiniz kimi, bu il BMT-nin Baş Assambleyasında əsas səhiyyə mövzusu qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması olub. İnsanlar ürək, ağciyər xəstəlikləri, şəkərli diabet, şişlərdən (onkologiya) və yol-nəqliyyat qəzalarında dünyasını dəyişir. İlk dəfə olaraq, psixi sağlamlıq da əsas mövzulardan biri kimi qaldırılıb. Bildiyiniz kimi, ildən-ilə psixi sağlamlıq problemləri artır, insanlar əsəbi, depressiyalı olurlar".

Seçilən
4
3
aznews.az

4Mənbələr