GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından məmnundur. Lakin təklif olunan “Tramp marşrutu”nun həyata keçirilməsi ciddi şübhələr yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu Federasiya Şurası komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı problemləri Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil.
Cabarov həmçinin əlavə edib ki, Trampın planı o qədər də asan həyata keçirilməyəcək. Xüsusilə, Tramp administrasiyasının bölgədən minlərlə kilometr aralıda yerləşdiyini nəzərə alsaq, bu istiqamətdə çoxlu suallar yaranır.
“Rusiya, Türkiyə və İran bu regiondadır. Ona görə də sözügedən marşrut bütün tərəflər, o cümlədən Ermənistan və Azərbaycan sülh və əməkdaşlıq marşrutuna çevrilməlidir. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı yaradılmalıdır. Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu əsas olaraq qalır. Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasında bütün problemləri tam həll etmək mümkün deyil. Rusiya həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, adıçəkilən dövlətlərin inkişafına xidmət etməlidir. Tramp öz missiyasını yerinə yetirib və artıq regionda baş verənlərlə maraqlanmır”, – Cabarov vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.