AZ

Lənkəranda çəltik sahələrini su basıbVİDEO

Güclü yağış və sel suları çəltik sahəsini məhv edib.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəranda 1 aya yaxındır ki, çəltik yığımına başlanılıb.

Bu il fermerlər tərəfindən rayon ərazisində 780 hektar sahədə çəltik əkini aparılıb. Fermerlər deyirlər ki, son intensiv yağışlar kənd təsərrüfatına, xüsusən də çəltik sahələrinə ciddi ziyan vurub. Sel suları sahələri çəltiyin biçin vaxtı basıb. Bu da həm biçini ləngidib, həm də bir çox sahələri məhv edib.

Ötən il sahələrdən bol məhsul götürən fermerlər bu il çıxılmaz vəziyyətdə qaldıqlarını deyirlər.

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkçilik sektorunun müdiri İlqar Həsənov bildirib ki, rayon ərazisində ayrı-ayrı fermerlər tərəfindən bu günə kimi 350 hektara yaxın sahədə çəltik biçini aparılıb. İntensiv yağışlar nəticəsində 60 hektar çəltik sahəsinə ciddi ziyan dəyib. Yetişmiş sünbüllər yağış nəticəsində yerə yatıb və yer su olduğundan yararsız hala düşüb. Bu baxımdan fermerlərə xeyli ziyan dəyib. Sektor müdiri deyib ki, hazırda kombaynlar sahələrdə biçin aparır, havalar yaxşı keçərsə, qısa müddətdə biçin başa çatdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
63
xezerxeber.az

1Mənbələr