AZ

Putinin qeyri-adi ad günü hədiyyələri

Rusiya Prezidenti Vladimir Putin müxtəlif illərdə ad günü hədiyyəsi olaraq kristaldan hazırlanmış timsah, özü haqqında lətifələr toplusu, erotik təqvim və digər qeyri-adi əşyalar alıb.

Publika.az xəbər verir ki, bu hədiyyələrin siyahısını Kremlin jurnalisti Aleksandr Yunaşev öz "Telegram" kanalında paylaşıb.

Belə ki, 2008-ci ildə Putinə "Maşa" adlı Ussuri pələng balası hədiyyə edilib. Heyvan bir müddət Novo-Oqaryovo rezidensiyasında yaşayıb, lakin sonradan Gelencik zooparkına göndərilib.

“2010-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbə qızları hökumət başçısı üçün 2011-ci il üçün erotik təqvim hazırlayıblar. Hər səhifədə alt paltarlı bir qızın fotosu və Putinə müraciət yer alır: ‘Hamıya belə bir kişi gərəkdir’, ‘Meşələri söndürdülər, amma mən hələ də yanıram’, ‘Siz mənim baş nazirimsiniz’ və s.” – deyə Yunaşev bildirib.

2017-ci ildə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Rusiya Prezidentinə Vasili Blajennı kilsəsi və Kolizey fonunda onların təsviri olan yorğan üzü hədiyyə edib. Həmin il Türkmənistan rəhbəri Putinə “Vernıy” adlı Alabay cinsli it bağışlayıb.

Seçilən
70
35
publika.az

10Mənbələr