AZ

Bakıda həbsdə olan Vardanyan Rusiyadakı payını satıb

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşı Ruben Vardanyan Rusiyadakı avto-biznesdən tamamilə çıxıb. O, “Atom” adlı elektromobil layihəsindəki payını satıb.

Ölkə.Az-ın “Kommersant” qəzetinə istinadən məlumatına görə, Vardanyana məxsus “Vosxod” MMC-dəki 25%-lik pay (bu şirkət “Kama” şirkətinin əsas səhmdarıdır) birbaşa həmin cəmiyyətin özünə keçib.

Beləliklə, “Vosxod”un hazırkı sahibkarları “KamAZ”ın baş direktoru Sergey Kogogin (37,5%) və “Spektr” MMC (37,5%) qalıb. Qeyd olunur ki, Vardanyan 2024-cü ilin payızında da artıq “KamAZ”ın həmtəsisçisi statusunu itirib. Mütəxəssislərin fikrincə, biznesmenin layihədən çıxması onun hazırda çətin vəziyyətdə olması ilə əlaqədardır. Çünki o, 2023-cü ilin sentyabrında Azərbaycanda saxlanılıb və hazırda həbsdədir.

“Kama” şirkəti təsdiqləyib ki, “Atom” elektromobilinin seriyalı istehsalını ilin sonunadək “Moskvich” zavodunda başlamağı planlaşdırır. Avtomobilin təxmini qiymətinin 3-4 milyon rubl olacağı bildirilir (dövlət dəstəyi nəzərə alınmadan). “Kommersant”ın sorğu keçirdiyi mütəxəssislərin çoxu layihəyə bahalılıq səbəbindən skeptik yanaşır, lakin taksi və karşerinqlə məşğul olan şirkətlərin maraq göstərə biləcəyini istisna etmirlər.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Seçilən
63
1
olke.az

2Mənbələr