III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində gimnastika üzrə yarışlar davam edib.
Apasport.az xəbər verir ki, Azərbaycan gimnastı Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.
Bədii gimnastika üzrə komandamız isə (Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azada Atakişiyeva) üçüncü yerə çıxaraq bürünc medala sahib olub.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.
Gimnastımız ikiqat Olimpiya çempionunu üstələdi - ÇEMPİON OLDU
III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO
III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlara start verilib - FOTO
Şəkidə batut gimnastikası üzrə ölkə birinciliyi keçirilib
Bədii gimnastikanın dünya ulduzundan gənclərimiz üçün master-klass